Hərəkat öz fəaliyyətini aşağıdakı struktur üzərindən həyata keçirdir.

Hümmət – Hərəkatın ən ali qərarverici orqanıdır. Hümmətə üzvlük 3 mərhələli müsabiqədən keçir. Bu müsabiqədən uğurla keçmiş şəxslər Hümmətin sıralarına qatılırlar. Hümmət Assambleyanı (Qanunverici orqan), Konsulları (İcraedici orqan) və Nəzarət – Təftiş Komitəsinin üzvlərini seçir. Hümmət Oyanın bütün layihələrinin həyata keçirilməsində yaxından iştirak edir.

Konsullar Oyan Hərəkatının icraedici orqanıdır və Hümmət tərəfindən 2 illik müddə seçilir. Konsullar həm Hümmətə, həm də Assambleyaya cari fəaliyyətlə bağlı hesabat verir. Assambleya Oyanın qanunverici orqanıdır. Hümmət tərəfindən 2 illik müttədə seçilir və Hümmətə hesabat verir. Nəzarət Təftiş Komitəsinin üzvləri də 2 illik müddətə Hümmət tərəfindən seçilir və əsas fəaliyyəti Oyanın fəaliyyətini təftiş etmək və Konsulların davranışını nizamnamə və qanunvericiliyə uyğunluğunu təmin etməkdən ibarətdir.

Hal hazırda Oyana 5 Konsul rəhbərlik edir.