Oyan Hərəkatının əsası bir qrup mühacir tərəfindən 2016-cı il 6 mart tarixində Hollandiyanın Amsterdam şəhərində qoyulub. Hərəkatın əsas məqsədi hakimiyyəti özünə xidmət etməyə məcbur edə bilən təşkilatlanmış güclü xalqı formalaşdırmaqdır. Bu məqsədə çatmaq üçün Hərəkat bütün fəaliyyətini 3 əsas istiqamətdə qurur:

1. Ölkədə siyasi şüurun inkişaf etdirilməsi və hər bir vətəndaşa dövlətin formalaşmasında onun iştirakının vacibliyini vətəndaşa inandırmaq,

  • İnstitutlaşmış şəxsiyyətə pərəstişi dağıtmaq,
  • Yaltaqlığı mübarizə ilə əvəz etmək.

2. Xalq arasında həmrəyliyi formalaşdırmaq,

  • İnsanlar arasında dəyişikliyə və xoşbəxt gələcəyə olan inamı formalaşdırmaq,
  • Minimal risk tələb edən aksiyalardan başalayaraq xalqı ölkə miqyasında kütləvi itaətsizlik aksiyalarına cəlb etmək.

3. Dağılmış siyasi və ictimai institutları xalqın iştirakı ilə bərpa etmək,

  • Mühacir hökumət formalaşdırmaq,
  • Yeni liderlər xalqa təqdim etmək.

Oyan Hərəkatı inanır ki, rejimdən xilas olmağın yeganə yolu xalqı təşkilatlandırmaq, kütləvi itaətsizlik aksiyalarında xalqın maksimum iştirakını təmin etmək və bu proseslərin nəticəsi olaraq mühacir hökumət formalaşdırmaqdan ibarətdir.

Avtoritar rejimə qarşı aparılan mübarizənin riskli olduğunu əsas götürərək, Hərəkat üzvlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onların kimliklərini ictimaiyyətdən gizli saxlayır.