“Bu, Əliyev rejiminin ölkədə alternativ düşüncə tərzinə və formalarına qarşı keçirdiyi dərin qorxunun göstəricisidir”

Oyan Hərəkatı “Qanun” Nəşrlər Evinin ətrafında cərəyan edən son olaylarla bağlı bəyanat yayıb.

Oyan Hərəkatı hesab edir ki, rejimin “Qanun” Nəşrlər Evinə hücumu, orada yoxlamalar adı altında müsadirələr ölkədə azad sözə və maarifçiliyə qarşı illərdir davam edən kampaniyanın bir hissəsidir.

Hərəkatdan Meydan TV-yə daxil olan məlumatda deyilir:

“Bu yoxlamaların səbəbləri aydınlaşmaqdadır. Məlum olur ki, siyasi məhbus İlqar Məmmədovun doğum günü ərəfəsində onun haqqında çap edilən flayerlər hakimiyyəti ciddi narahat edib və nəticədə nəşriyyata hücum edilərək, həmin flayerlər müsadirə olunub.

Bununla bagli “Qanun”un ətrafında baş verənlər heç bir sivil qaydalarla uzlaşmır, rejimin avtoritar mahiyyətini bir daha ortaya qoyur. Bu, eyni zamanda Əliyev rejiminin ölkədə alternativ düşüncə tərzinə və formalarına qarşı keçirdiyi dərin qorxunun göstəricisidir.

Oyan Hərəkatı rejimin “Qanun” nəşriyyatına qarşı qanunsuz müdaxiləsini şiddətlə qınadığını açıqlayır və siyasi rejimi bu kimi hərəkətlərə son verməyə çağırır”.